İngiltərədə hava şəraitinin kəskin dəyişməsi bir sıra problemlər yaradıb

© pixabay / Roberto BarresiGüclü külək, sahilə çırpılan dalğalar
Güclü külək, sahilə çırpılan dalğalar - Sputnik Azərbaycan
Abunə olmaq
Natfild və Surey bölgələrində elektrik kabellərinin qırılması nəticəsində bir müddət elektrik enerjisinin verilməsi dayandırılıb

BAKI, 10 mart - Sputnik. İngiltərədə hava şəraitinin kəskin dəyişməsi nəticəsində bir sıra problemlər yaranıb.

AƏRTAC xəbər verir ki, güclü külək nəticəsində Kent və Vestvud Kross şəhərlərində yaşayış binalarının və supermarketlərin dam örtüyü uçub. Həmçinin bəzi yollarda ağaclar aşaraq nəqliyyatın hərəkətinə maniyə yaradıb.

Natfild və Surey bölgələrində elektrik kabellərinin qırılması nəticəsində bir müddət elektrik enerjisinin verilməsi dayandırılıb.

Polis tərəfindən əhaliyə olunan çağırışda yollarda diqqətli olmaları və hər hansı bir hadisə ilə qarşılaşdıqda onlara məlumat vermələri xahiş olunub.

Xəbər lenti
0