Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gənc qızın toyuna 15 gün qalmış bədbəxtlik üz verib

CC0 / Pexels / handintihar
intihar - Sputnik Azərbaycan
Abunə olmaq
Mingəçevirdə ailə qurmağa hazırlaşan gənc qızın başına faciə gəlib.

BAKI, 10 mart - Sputnik. Mingəçevirdə ailə qurmağa hazırlaşan gənc qızın başına faciə gəlib.

Sputnik Azərbaycan ONA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsi 9 ünvanında qeydə alınıb. 2001-ci il təvəllüdlü Səbinə Seymur qızı Qarayeva yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılıb. S.Qarayeva dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Yaxınlarının dediyinə görə, S.Qarayeva ehtiyatsızlıqdan yıxılıb. O da məlum olub ki, Qarayeva nişanlı olub və onun toyu martın 24-nə təyin edilibmiş.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0