Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Əli Əhmədiyev “Sən Supersən!”də bacısını dəstəkləyir

Abunə olmaq
“Sən Supersən!” beynəlxalq vokal müsabiqəsinin yeni mövsümündə Azərbaycanı 2 nömrəli uşaq evinin yetirməsi Xanım Əhmədiyeva təmsil edir. Videoda iştirakçını onun qardaşı dəstəkləyir.

Bakı şəhəri, Günəşli qəsəbəsində yerləşən 2 nömrəli uşaq evinin sakini 14 yaşlı Xanım Əhmədiyeva Rusiyanın NTV telekanalının “Sən supersən!” beynəlxalq vokal müsabiqəsinin seçmə mərhələsindən keçib.

“Mənim səsimi uşaq evində kəşf etdilər” – “Sən supersən!”in  azərbaycanlı iştirakçısı  - Sputnik Azərbaycan
VİDEO
“Səsimi uşaq evində kəşf etdilər” – “Sən supersən!”in azərbaycanlı iştirakçısı

Xanım qardaşı ilə birlikdə dörd ildir ki, 2 nömrəli uşaq evində yaşayırlar. Onlar uşaq evinə ailələrindəki qarışıq vəziyyətə görə düşüblər.

Rusiyanın NTV telekanalı və “Sputnik” Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun “Sən supersən!” layihəsi valideyin himayəsindən məhrum olmuş istedadlı uşaqlara bacarıqlarını nümayiş etdirməyə imkan yaradır. "Sən supersən!" layihəsində MDB ölkələrindən, o cümlədən Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna, Estoniyadan uşaq iştirak edir.

Xəbər lenti
0