CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət qulluqçularının maaşı artırılıb - SƏRƏNCAM

Abunə olmaq
Yardımçı vəzifələrdə çalışan dövlət qulluqçularının maaşı artırılıb

BAKI, 9 mart - Sputnik. Prezident İlham Əliyev “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncam “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 937 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə imzalanıb. 

Sərəncama əsasən, bu il martın 1-dən Azərbaycan Respublikasının dövlət orqanlarında (Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəlikləri, konsulluqları və digər orqanların nümayəndəlikləri istisna olmaqla) qulluq edən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği yardımçı vəzifələrdə çalışanlar üçün 165 manatdan 200 manata qaldırılıb. Bundan əlavə, 170 manat əməkhaqqı alanlar, müvafiq olaraq, 205, 175 manat alanlar 210, 185 manat alanlar isə 215 manat alacaqlar. 

Xəbər lenti
0