Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Aşıq Sənəti Muzeyi tikiləcək

© Sputnik / Kemale AliyevaСаз (Азербайджан)
Саз (Азербайджан) - Sputnik Azərbaycan
Abunə olmaq
Prezidentin sərəncamı ciddi müzakirə obyekti olub

BAKI, 9 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hüseyin Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncamı Ağstafa Regional Mədəniyyət İdarəsini əhatə edən Ağstafa, Tovuz və Qazax rayonlarının mədəniyyət müəssisələri tərəfindən maraqla qarşılanıb.

Sputnik Azərbaycan Ağstafa rayon Mədəniyyət Mərkəzində Regional İdarəsinə istinadən xəbər verir ki, bu məqsədlə Ağstafa rayon Mədəniyyət Mərkəzində Regional İdarənin bütün müəssisələrini təmsil edən əməkdaşlarının iştirakı ilə konfrans keçirilib.

Konfransı giriş sözü ilə Regional İdarənin rəisi Vüqar Qədirov açaraq bu Sərəncamını mədəniyyətimizə, aşıq sənətinə göstərilən növbəti diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib.

V.Qədirov İlham Əliyevin bütün sahələrlə bərabər ədəbiyyatımıza, mədəniyyətimizə, incəsənətimizə, göstərdiyi davamlı və sistemli qaydının və dəstəyin mütəmadi xarakter daşıdığını, son zamanlar imzalanan sərəncamların, qəbul edilən qərarların buna əyani sübut olduğunu qeyd edib.

Digər çıxış edənlər də Hüseyn Bozalqanlı adına Aşıq Sənəti Muzeyinin tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncamını isə bu bölgənin mədəni həyatında özünəməxsus yüksəlişinin təmin olunmasına gətirib çıxaracağını qeyd etdilər.

Xəbər lenti
0