BAKI, 8 mart — Sputnik. Rusiyada qəbul edilən yeni qanun internetdə təhqirlərə görə həbs cəzasını nəzərdə tutur.
Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, onlayn şəbəkədə təhqirlərə yol verənlərin həbsi ilə bağlı qanun hazırlanıb. Yeni qanuna görə, saxta məlumatlar yayan, hökumət və onun rəsmilərini, o cümlədən də ölkənin simvollarını təhqir edənləri cəzalar gözləyir.
Bu qanuna görə, saxta informasiya yayanları 45-75 dollar arası cərimələr gözləyir. Yeni qanunvericiliyə əsasən, saxta informasiyalar hüquqi şəxslər tərəfindən yayılarsa, belə olan halda onlara 15 min ABŞ dolları dəyərində cərimə nəzərdə tutulub.
Dövlət, onun rəsmiləri və simvollarının təhqirinə görə isə 15 günədək inzibati həbs verilə bilər.
Qeyd edək ki, yeni qanunun prezident tərəfindən təsdiqlənməsi gözlənilir.