Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda iynə vurulan 10 yaşlı uşaq dünyasını dəyişib

© Sputnik / Igor Zarembo / Mediabanka keçidMəktəblilərin peyvənd edilməsi, arxiv şəkli
Məktəblilərin peyvənd edilməsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Xəstəxanaya aparılan uşağın həyatını xilas etmək mümkün olmayıb

BAKI, 7 mart — Sputnik. Cəlilabadda uşaq ölümü baş verib.

Sputnik Azərbaycan ONA-ya istinadla xəbər verir ki, Qarazəncir kənd sakini, 2009-cu il təvəllüdlü Elnar Mustafayevin hərarəti yüksəlib.

Köməyə çağırılan tibb bacısının vurduğu antibiotik iynə uşağa pis təsir etdiyindən, onu dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Lakin xəstənin həyatını xilas etmək üçün gec olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər lenti
0