Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ehtiyatlı olun, Cənubi Qafqazın "stajlı" oğruları Azərbaycana ayaq açıblar

CC BY-SA 2.0 / Bill Burris / Three Wise MenКвартирный вор, фото из архива
Квартирный вор, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın paytaxtında bir qrup gürcü stajlı ev oğrusu yaxalanıb

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 7 mart — Sputnik. Binəqədi Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları martın 6-da bir qrup gürcü "stajlı" ev oğrusunu yaxalayıb. Bu barədə Sputnik Azərbaycan-a Binəqədi RPİ-dən məlumat verilib. 

Qəbiristanlıq, arxiv şəkli - Sputnik Azərbaycan
Məşhur “qanuni oğru” narkotikdən öldü

Keçirilən əməliyyat nəticəsində Gürcüstan vətəndaşları - 40 yaşlı Laşa Abramişvili, 45 yaşlı Şimagi Qaprindaşvili, 50 yaşlı Ramazi Matçaraşvili və Ağdam rayonunun 31 yaşlı sakini Vüsal Məhərrəmov saxlanılıb. Sözügedən ev oğrularının izinə fevralın 28-də Binəqədi rayonunda baş verən mənzil qarətinin araşdırılması zamanı düşmək mümkün olub.

Məlum olub ki, 42 yaşlı Novruzov Rəfsan Zeynalabidin oğlunun mənzilindən 5 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Oğrular zərərçəkmişin mənzilinə günorta saatlarında, Novruzov evdə olmadığı vaxt daxil olublar. Lakin saxlanılan şəxslər törətdikləri cinayəti dərhal boyunlarına almayıblar. İstintaq-əməliyyat qrupu onlara qarşı dəlil əldə edib. Şübhəli şəxslər yaşayış binasının girişinə quraşdırılmış videomüşahidə kamerasına düşüblər. Saxlanılan şəxslərdən oğurlanmış zinət əşyaları götürülüb.

İstintaq ehtimal edir ki, Novruzovun mənzili saxlanılan şəxslərin girdiyi yeganə ev deyil. Hazırda onlar "qastrola gələn qonaqlar"ın Azərbaycan ərazisində nə qədər vaxt olduqlarını araşdırır.

Qeyd edək ki, son vaxtlar gürcü ev oğruları nadir hallarda polisin nəzər-diqqətinə düşürlər. Buna rəğmən, görünən odur ki, onlar yenidən Bakıda fəallaşmağa başlayıblar. Faktla bağlı araşdırma davam edir.

Xatırladaq ki, gürcü oğrular post-sovet məkanının ən fəal və amansız oğruları hesab edilir. Təsadüfi deyil ki, dünyada ən gənc "qanuni oğru" titulunu da 2014-cü ildə məhz gürcü oğru - 21 yaşlı Revaz Ubilava alıb.

Son illərdə gürcü oğrular Cənubi Qafqazın ən varlı ölkəsi sayılan Azərbaycana ayaq açıblar. Onlar xüsusilə Azərbaycanın qərbində - Gəncə şəhərində və onun ətraf rayonlarında fəallıq edirlər. Görünür, indi onların hədəfində Qafqazın ən zəngin şəhəri Bakıda qarətlər törətməkdir.

Xəbər lenti
0