“AITF 2019” sərgisi başlayır

© Sputnik / Alyona SalayevaBakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2019” sərgisi keçiriləcək
Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2019” sərgisi keçiriləcək - Sputnik Azərbaycan
Abunə olmaq
Bu il sərgidə turizm şirkətləri, aviaşirkətlər, mehmanxana şəbəkələri və sanatoriyaların milli və regional təmsilçiləri öz xidmətlərini təqdim edəcəklər

BAKI, 7 mart — Sputnik. 4-6 aprel tarixlərində 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2019” sərgisi Bakı Ekspo Mərkəzində öz qapılarını ziyarətçilərin üzünə açacaq. Hər zaman olduğu kimi, bu il də “AITF” sərgisi müxtəlif ölkələrin turizm bazarlarının nümayəndələrini, eləcə də milli və regional turizm təşkilatları və dövlət strukturlarını bir araya gətirəcək.

24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı - Sputnik Azərbaycan
Yeni sərgi mövsümü: Nəsimi yaradıcılığından aşpazların çempionatına qədər

Turizm sahəsinin inkişafı ölkəmizin iqtisadi inkişaf kursunda aktual məsələlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin sərgiyə göstərdiyi maraq bir daha turizm sektorunun inkişafının mühüm əhəmiyyət kəsb etdiyini göstərir. Ölkə başçısının sərgini hər il ziyarət etməsi turizm sahəsində işgüzar münasibətlərə və ümumilikdə, bu sahənin inkişafına əlavə təkan verir.

AITF sərgisi Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosunun fəal dəstəyi və iştirakı ilə keçiriləcəkdir. Həmçinin sərgini dəstəkləyirlər: Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi. Sərgi BMT-nin Ümumdünya Turizm Təşkilatı (ÜTT) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (ASOTA) kimi beynəlxalq strukturlar tərəfindən də dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” şirkəti çıxış edir.

Bu il sərgidə turizm şirkətləri, aviaşirkətlər, mehmanxana şəbəkələri və sanatoriyaların milli və regional təmsilçiləri öz xidmətlərini təqdim edəcəklər. Ənənəvi olaraq, Belarus, Bolqarıstan, Dominikan Respublikası, Mərakeş, Sloveniya, Tailand və Çex Respublikası milli stendlər ilə çıxış edəcəklər. Qeyd etmək lazımdır ki, əvvəlki il ilə müqayisədə, bu il Belarus və Tailand daha böyük sərgi ərazisini bron edib.

Bu il sərgidə Azərbaycanın stendi də təqdim olunacaq. Birinci zalda böyük sahəni əhatə edən bu stenddə həm xarici qonaqlar, həm də daxili turizm üçün ölkəmizin bütün turizm potensialı nümayiş olunacaq. Burada şəhər və regionlarda dincəlmək istəyənlər, eləcə də təbiətsevərlər  və fəal istirahət həvəskarları maraqlı təkliflər ilə tanış ola biləcəklər. 

Əvvəlki illərdə olduğu kimi, bu il də “AITF 2019” sərgisində təhsil turizmi, idman turizmi, turizm sahəsində informasiya texnologiyaları, ov və balıqçılıq və bir sıra digər sektorlar təqdim olunacaq. Artıq sərginin xüsusi sektoruna çevrilmiş “Tibbi və Sağlamlıq Turizmi” sektoru da ənənəvi olaraq sərgidə bir sıra ölkələri təmsil edən sanatoriyalar, sağlamlıq və SPA mərkəzləri tərəfindən geniş şəkildə təqdim ediləcək.

Azərbaycan və İsveçrənin yüzillik ənənələrinə həsr edilən sərgi  - Sputnik Azərbaycan
VİDEO
Azərbaycan və İsveçrənin yüzillik ənənələrinə həsr edilən sərgi

Bu il sərgini əlavə tədbirlər proqramı müşayiət edəcək. Belə ki, sərgidə təşkilatçılar tərəfindən “B2B” formatlı görüşlər üçün işgüzar platforma yaradılacaq və burada həm yerli, həm də xarici şirkətlərin nümayəndələri əməkdaşlıq və tərəfdaşlıq yollarını müzakirə etmək üçün bir-birləri ilə görüşə biləcəklər. 

Sərginin əyləncə proqramı çərçivəsində beynəlxalq rəqs festivalının təşkili planlaşdırılır. Bu maraqlı və parlaq tədbirin əsas məqsədi xarici iştirakçılara öz mədəniyyətlərini qədim incəsənət növü - rəqs vasitəsi ilə təqdim etmək üçün imkan yaratmaqdır. Festival Bakı Ekspo Mərkəzinin foyesində keçiriləcək.

2019-cu il Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin göstərişi ilə “Nəsimi ili” elan edilib və bu hadisə “AITF” sərgisi çərçivəsində də öz əksini tapacaq. Təşkilatçılar “Tarixə və Nəsimi yaradıcılığına səyahət” adlı tədbir təşkil etməklə, bu hadisəni qeyd etmək və bununla da şairin xatirəsini yad edərək sərginin qonaqlarını Azərbaycanın zəngin mədəniyyəti ilə tanış etmək qərarına gəliblər.

“AITF” sərgisi turizm sahəsində regionun nəhəng tədbiri olmaqla yanaşı, həm də mədəniyyət, yeni təəssüratlar, eləcə də yeni imkan və dostluqlar bayramıdır. Hər il sənaye peşəkarları yeni əlaqələr qurmaqla yanaşı, satış coğrafiyasını da xeyli genişləndirmək, habelə ən son sənaye yenilikləri və təmayüllər barədə məlumat almaq, eləcə də yeni tərəfdaşlar və müştərilər tapmaq üçün səbirsizliklə bu tədbiri gözləyirlər.

Bu il ilk dəfə olaraq, sərginin daimi iştirakçısı - Dominikan Respublikası Turizm Nazirliyi öz turizm marşrutunu “AITF” sərgisinin ziyarətçilərinə daha parlaq şəkildə təqdim etmək üçün tədbirin sponsoru qismində çıxış edəcək.

Sərgi haqqında ətraflı məlumat, eləcə də elektron dəvətnamə rəsmi saytdan əldə edə bilərsiniz: www.aitf.az

Sputnik Azərbaycan “AITF 2019” sərgisinin informasiya tərəfdaşıdır.

Xəbər lenti
0