Bakıdakı güclü yanğınla bağlı yeni xəbər

© Photo : REPORTFHN əməkdaşları
FHN əməkdaşları - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib

BAKI, 6 mart - Sputnik. Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonunda beş mərtəbəli yataqxana binasında yanğın baş verib. 

Nərimanov Rayon İcra Hakimiyyətinin informasiya şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, hadisə rayonun Məlik Məmmədov küçəsi 4 ünvanında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə məxsus yataqxanada baş verib.  

Təcili tibbi yardım - Sputnik Azərbaycan
HADİSƏ
Ölümlə nəticələnən yanğında xəsarət alanlar arasında yüksək rütbəli polis məmuru da var

"Martın 5-də gecə saat 23:40 radələrində beşmərtəbəli yataqxananın 3-cü mərtəbəsində qısaqapanmadan baş verən yanğın zamanı 11 nəfər tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdirilib. Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib. Dünyasını dəyişən şəxslər Laçın rayonundan olan məcburi köçkünlər - 1958-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu və 1953-cü il təvəllüdlü Əliyeva Elza İdris qızıdır" - deyə qeyd olunub.

Məlumatda o da bildirilir ki, faktla bağlı Nərimanov rayon Polis İdarəsi və Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırma aparılır.

Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən verilən məlumatda isə qeyd olunub ki, hadisə ilə bağlı təcili tibbi yardıma, ümumilikdə 22 müraciət daxil olub: "8 nəfərə yerində yardım edilib. 14 nəfər taksikologiyaya gətirilib, onlardan 5 nəfər hospitalizasiya edilib və vəziyyətləri orta ağır qiymətləndirilir. Digərləri ambulator qaydada ilkin yardım göstərildikdən sonra evə buraxılıblar. 2 nəfər isə həkimə çatdırılana qədər ölüb".

Xəbər lenti
0