BAKI, 6 mart — Sputnik. Xəbər verdiyimiz kimi ötən gün 23:40 radələrində Nərimanov rayonunun Məmmədov küçəsində yerləşən yataqxanada qısaqapanma nəticəsində yanğın baş verib. Yanğında xəsarət alan 14 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumata görə, artıq xəstələrdən 3-ü evə buraxılıb: "Ötən gün baş verən hadisə ilə əlaqədar xəstəxanada 2 xəstə qalıb".
Xatırladaq ki, ötən gün gecə saatlaırnda baş verən hadisə nəticəsində 2 nəfərin öldüyü də qeyd olunub.