BAKI, 6 mart - Sputnik. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycana səfər edib. Sputnik Azərbaycan xəbər verir ki, səfər çərçivəsində TBMM sədrinin Azərbaycanda bir sıra rəsmilərlə görüşü planlaşdırılır.
Qeyd edək ki, Mustafa Şentop fevralın 24-də Türkiyə parlamentində səsvermə nəticəsində TBMM sədri seçilib. Onun sələfi Binali Yıldırım isə İstanbul şəhərində keçiriləcək bələdiyyə seçkilərində namizəd olduğu üçün tutduğu vəzifədən istefaya gedib.