CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadınların cəmiyyətdə rolunun artması bir çox fəsadlara gətirib çıxara bilər

Abunə olmaq
Son illərdə Azərbaycan qadınının cəmiyyətdə transformasiya və bu prosesin gələcəkdə inkişaf istiqamətləri bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində müzakirə edilib.

Müzakirədə “Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva, tanınmış politoloq Nəzakət Məmmədova və hüquqşünas Könül Əsədova iştirak ediblər.

Zərif cinsin nümayəndələri artıq çoxdandır cəmiyyətimizdə yalnız nəsil davamçısı və ailə ocağının qoruyucusu kimi qəbul edilmir. Onların həm ailədə, həm də cəmiyyətdə rolları get-gedə artır. Bir sıra statistik məlumata görə, müəllim, həkim kimi peşələrində məhz qadınlar çoxluq təşkil edir. Bu da ona gətirib çıxarır ki, uşaqlarımız çox vaxt yalnız qadın tərbiyəsi almış olurlar.

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinə bu gün təşrif buyurmuş qonaqların bu mövzuda fikirləri ilə videomuzda tanış olun.

Xəbər lenti
0