BAKI, 6 mart — Sputnik. Ermənistan Silahlı Qüvvələrində həlak olanlara dair məlumatların gizlədilməsində günahkar olanlar cəzalandırılacaq. Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın sabiq müdafiə nazirinin müavini, "Mənim addımım" blokundan deputat Andranik Koçaryan bildirib.
"Günahkarlar mütləq cəzalandırılacaq, şübhə etməyin. Mən sizə söz verirəm", - deyə Koçaryan bildirib.
Onun sözlərinə görə, bu faktı gizlətməyin səbəbini öyrənmək lazımdır.
Qeyd edək ki, KİV-in məlumatına görə bu ilin ilk iki ayında Ermənistan Silahlı Qüvvələrində 4 nəfər ölüb. Lakin bu barədə məlumat yayılmayıb.