BAKI, 6 mart — Sputnik. Dünyaca məşhur pop ulduzu, bir neçə il öncə dünyasını dəyişən Maykl Ceksonun azyaşlılara qarşı cinsi təcavüzü haqda sənəd yayılıb.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, yayılan "Leaving Neverland" adlı sənəddə Ceyms Safeçukun 10, Vade Robsonun isə 7 yaşında ikən Maykl Cekson tərəfindən cinsi təcavüzə məruz qaldığı qeyd olunub. Məlumata görə, adıçəkilən şəxslər 1980-cı illərdə təcavüzə məruz qalıblar. Sənəddə onların bir filmin çəkilişi zamanı Maykl Ceksonla tanış olduqları vurğulanıb.
Qeyd edək ki, son illərdə pop ulduzunun azyaşlılara qarşı cinsi təcavüz etməsi haqda yayılan məlumatlar məşhurun qızı Paris Ceksonun karyerasına da təsirsiz ötüşməyib. Qızı atası haqda yayılan bu məlumatların onun karyerasına da mənfi təsir etdiyini bildirib.