BAKI, 6 mart — Sputnik. Ermənistan parlamentinin deputatları fiqurlu konkisürmə üzrə idmançı İrina Rodninanın adını daşıyan idman məktəbinin adının dəyişdirilməsini təklif edirlər. Bu barədə Sputnik Ermənistan "Jamanak" qəzetinə istinadən xəbər verir.
Nəşr yazır ki, bəzi deputatlar 2015-ci ildə məktəbə İ.Rodninanın adının verilməsinə dair qəbul olunan qərarın dəyişdirilməsi üçün Yerevan Ağsaqqallar Şurasına müraciət etmək niyyətindədirlər.
Qeyd olunur ki, belə bir addımın atılmasına səbəb İ.Rodninanın Bakıda fevralın 26-da keçirilən Xocalı soyqırımın ildönümü münasibəti ilə keçirilən yürüşdə iştirak etməsi olub.
Xatırladaq ki, fevralın 26-da Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib. Yürüşdə Rusiya Dövlət Dumasının deputatları Oksana Puşkina, Dmitri Savelyev və İrina Rodnina da iştirak ediblər.