Ekspert: “Dövlət özəl kanallara öhdəlik qoya bilər”

© Photo : From the personal archive of Alesger MamedliHüquqşünas Ələsgər Məmmədli
Hüquqşünas Ələsgər Məmmədli  - Sputnik Azərbaycan
Abunə olmaq
Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli deyir ki, uşaq kanalından çox, uşaqlar üçün verilişlərin inkişaf etdirilməsi vacibdir
Ələsgər Məmmədli: “Uşaqlar üçün verilişlərin inkişaf etdirilməsi vacibdir”

“Hər bir dövlətdə insanları, xüsusən də uşaqları öz dilində yetişdirə biləcək, milli-mənəvi dəyərlərin təbliğ edilə biləcəyi verilişlərin olması lazımdır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında media məsələləri üzrə ekspert Ələsgər Məmmədli deyib.

Ekspert bildirib ki, kanalın 24 saat ərzində ancaq uşaqlar üçün yayım etməsi önəmli deyil: “Gün ərzində iki-üç saat uşaq verilişlərinin olması universal yayımçılığın şərtlərindəndir. Mən düşünürəm ki, burada uşaq kanalından çox, uşaqlar üçün verilişlərin inkişaf etdirilməsi vacibdir. Yəni sadəcə bir kanal açmaqla deyil, digər kanalların da üzərinə öhdəlik qoymaq olar ki, onlar da uşaq verilişlərini inkişaf etdirsinlər. Dövlət hər il özəl telekanallara yardım ayırır. Ayırdığı bu vəsaiti məhz uşaq proqramlarının inkişafı qarşılığında versə, daha effektiv olar. Bu, həm televiziyaya, həm də cəmiyyətə dəstək olar”.

Qeyd edək ki, bir müddət əvvəl  Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli gələcəkdə Azərbaycanda ümumrespublika yayımlı uşaq telekanalının yaradılması məsələsinə baxıla biləcəyini demişdi.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0