Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Soydaşlarımızın başına gələn faciənin təfərrüatı məlum olub

© Sputnik / Natalya Seliverstova / Fotobanka keçməkRusiyada polis və təcili yardım avtomobilləri, arxiv şəkli
Rusiyada polis və təcili yardım avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Altı azərbaycanlı ölüb, dördünün isə vəziyyəti ağırdır

BAKI, 6 mart — Sputnik. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təminatı Baş İdarəsinin (DİN YHTTBİ) Stavropol diyarı üzrə Dövlət Avtomobil Müfəttişliyinin (DAM) rəisi Aleksey Safonov 6 azərbaycanlının ölümü ilə nəticələnən ağır yol qəzasının baş verdiyi əraziyə baryerin quraşdırıldığını bildirib.

На месте ДТП в Кочубеевском районе Ставропольского края. 6 марта 2019 - Sputnik Azərbaycan
HADİSƏ
Səhəri dəhşətli xəbərlə açdıq: Ölənlər və yaralananlar var

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, hadisə "ZİL" markalı yük avtomobilinin qarşı yola çıxaraq Azərbaycandan Moskvaya sərnişin daşıyan Mercedes markalı mikroavtobusla toqquşması nəticəsində baş verib. Fövqəladə Hallah Nazirliyinin regional baş idarəsinin verdiyi ilkin məlumata görə, qəza nəticəsində altı nəfər ölüb, beş nəfər isə ağır yaralanıb. 

DAM dəqiqləşdirilmiş məlumat yayıb. Bu məlumata görə, qəza zamanı dörd nəfər hadisə yerindəcə ölüb, iki nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib. Dörd nəfər xəstəxanaya yerləşdirilib. Qəzanın başvermə səbəbi "ZİL"in sürücüsünün yuxulu olması və qarşı hərəkət üçün nəzərdə tutulmuş yol zolaqları arasında maneənin qoyulmamasıdır.

"Hazırda yol xidmətinə əraziyə baryerlərin quraşdırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsi barədə əlavə göstərişlər verilib" - Safonov jurnalistlərə bildirib.

"Kavkaz" Federal Avtomobil Yolları İdarəsinin verdiyi məlumata görə, hazırda qəzanın baş verdiyi ərazidə hərəkətə heç bir məhdudiyyət yoxdur.

Qeyd edək ki, qəza bu gün səhər yerli vaxtla saat 05:30-da baş verib. Rusiya DİN YHTTBİ qəza nəticəsində ölən Azərbaycan vətəndaşlarının adlarını açıqlayıb: 

Moskvada təcili tibbi yardım maşını - Sputnik Azərbaycan
Rusiyada ağır qəza: 8 məktəbli xəstəxanalıq oldu

- 1975-ci il təvəllüdlü Həsənov Rəsul Ənvər oğlu

- 1983-cü il təvəllüdlü İsmayılov Şəmsi Tanrıverdi oğlu

- 1962-ci il təvəllüdlü Əhmədov Namiq Tohid oğlu

- 1969-cu il təvəllüdlü Abdullayev Ələmdar Niftalı oğlu

- 1984-cü il təvəllüdlü Quliyev Vüsal Alı oğlu

- 1988-ci il təvəllüdlü Şirinov Xəyal Hamlet oğlu.

Stavropol regionunun Səhiyyə Nazirliyinin nümayəndəsinin RİA Novosti-yə verdiyi məlumata görə, hazırda Nevinnomıssk xəstəxanasında dörd yaralı var.

"Hazırda Nevinnomıssk xəstəxanasında yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış dörd zərərçəkmiş var. Onlardan ikisinin vəziyyəti ağır, ikisinin vəziyyəti isə orta ağırdır" - deyə agentliyin həmsöhbəti bildirib. Onun sözlərinə görə, xəstələrə bütün zəruri tibbi xidmət göstərilir.

Xəbər lenti
0