ABŞ Türkiyəni sanksiyalarla hədələdi

© REUTERS / Yuri GripasAğ Ev
Ağ Ev - Sputnik Azərbaycan
Abunə olmaq
Palladino ABŞ-ın S-400 məsələsində mövqeyinin dəyişmədiyini və Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdinin ABŞ-ı ciddi şəkildə narahat etdiyini dilə gətirib

BAKI, 6 mart — Sputnik. ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Rusiyadan S-400 alarsa, ABŞ Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb. 

S-400 raket kompleksi - Sputnik Azərbaycan
ABŞ Türkiyəyə silah almağa imkan vermir, özü isə kürdləri silahlandırır

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino Türkiyənin Rusiyadan S-400 almasına münasibət bildirib. 

Palladino ABŞ-ın S-400 məsələsində mövqeyinin dəyişmədiyini və Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdinin ABŞ-ı ciddi şəkildə narahat etdiyini dilə gətirib. O, hava müdafiə sistemi məsələsində Türkiyə ilə bərabər işləməyi və Türkiyənin qiymətləndirməsi üçün Patriot və digər sistemləri təklif etdiklərini bildirib.

Palladino bildirib ki, Türkiyənin S-400 alması Ankaranın F-35 qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan əlavə, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək.

Palladino qeyd edib ki, "Sanksiyalar vasitəsilə ABŞ düşmənlərinə müqavimət haqqında" (CAATSA) qanunu çərçivəsində S-400 alan dövlət və ya özəl bütün qurum və şəxslərin potensial sanksiyalara məruz qala biləcəyini də söyləmişik.

Qeyd edək ki, CAATSA qanunu Rusiyanın müdafiə və kəşfiyyatı ilə əlaqəli olan qurum və təşkilatlarla iş görən üçüncü ölkə və şirkətlərə də sanksiya tətbiq olunmasını nəzərdə tutur.

Dünən ABŞ-ın Avropa Qüvvələri (EUCOM) və NATO Müttəfiq Qüvvələri ali komandanı, ordu generalı Kortis M. Scaparrotti də deyib ki, Türkiyə S-400 alarsa, F-35 qırıcıları bu ölkəyə verilməsin.

Xəbər lenti
0