SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İki qonşu dövlət arasında müharibə təhlükəsi sovuşur

© AP Photo / Dar YasinPakistan bayrağı
Pakistan bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Yaxın vaxtlarda Pakistan nümayəndə heyəti Hindistana səfər edəcək

BAKI, 6 mart — Sputnik. Hindistan və Pakistan arasında münasibətlərdəki gərginlik azalır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Pakistanın xarici işlər naziri Şah Mehmud Kureşi bildirib. 

Pakistan Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi Kəşmir səmasında - Sputnik Azərbaycan
Pakistan və Hindistan arasında yeni gərginlik: Ağır silahlar işə düşdü

Onun sözlərinə görə, ölkə rəhbərliyi səfiri Hindistana geri qaytarmağa qərar verir: "Bu, müsbət addımdır".

Bundan əlavə, yaxın vaxtlarda Pakistan nümayəndə heyəti Hindistana səfər edəcək. Səfər zamanı Kartarpur dəhlizinin açılması müzakirə olunacaq ki, bu da hindistanlı zəvvarlara vizasız Pakistana səfər etməyə imkan verəcək.

Xatırladaq ki, fevralın 26-da Pakistan ordusu Hindistana məxsus iki hərbi təyyarənin vurulduğunu bəyan edib. Hindistan tərəfi isə "MiQ-21" qırıcısının vurulduğunu, eyni zamanda Pakistan qırıcısını da məhv edildiyini bildirib.

Pakistan müvəqqəti olaraq öz hava məkanını bağlayıb, bu da bir çox beynəlxalq relslərin ləğv olunmasına və gecikməsinə səbəb olub.

Qeyd edək ki, fevralın 14-də Cəmmu və Kəşmir ştatında hərbi karvana edilən hücümü Pakistanda fəaliyyət göstərdiyi bildirilən "Cəiş e-Məhəmməd" təşkilatı üzərinə götürmüşdü. Həmin hadisə iki ölkə arasında, onsuz da, mürəkkəb olan münasibətləri daha da gərginləşdirib.

Xəbər lenti
0