CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nuşirəvan Məhərrəmli "Bakılı oğlanlar"ı təkzib etdi

© Sputnik / Murad OrujovMilli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli - Sputnik Azərbaycan
Abunə olmaq
MTRŞ sədri "Planet Parni iz Baku"ya özəl televiziyalarda qadağa qoyulması ilə bağlı məsələyə münasibət bildirib

BAKI, 6 mart - Sputnik. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Tahir İmanov və "Planet Parni iz Baku" KVN Teatrına özəl televiziyalarda qadağa qoyulması ilə bağlı məsələyə münasibət bildirib.

"Report" xəbər verir ki, o, belə bir qadağanın olmadığını deyib.

O qeyd edib ki, özəl televiziya kanalları öz fəaliyyətlərində tam müstəqildirlər: "Onlar proqram və yaradıcılıq siyasətində də azaddırlar. Onlar mövcud "Televiziya və radio yayımı haqqında" qanuna uyğun olaraq fəaliyyətlərini qururlar. Kimləri öz efirlərində görmək istəyirlərsə də bu onların şəxsi qərarlarıdır. Ona görə də bu kimi sualları onlara ünvanlamağınız məsləhətdir".

Xəbər lenti
0