CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qan ləkəli yumurtanı yemək düzgündürmü?

CC0 / Alexandra / EggQayğanaq və yumurtalar
Qayğanaq və yumurtalar - Sputnik Azərbaycan
Abunə olmaq
Yumurta köhnəlməyibsə, bu zaman insan səhhəti üçün heç bir təhlükə yaratmır

BAKI, 5 mart — Sputnik. Gündəlik qidamıza daxil olan məhsullardan biri də yumurtadır.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, yumurta ilə bağlı bəzən qəribə hadisələrlə də rastlaşırıq. Bu qəribəliklərdən biri də bəzən aldığımız yumurtanın sarısında, yaxud da elə qabığında qan ləkəsinin olmasıdır.

Maraqlıdır, A, D, E və B qrupu vitaminləri ilə zəngin olan yumurtada belə bir ləkənin olması nə dərəcədə normal və təhlükəsizdir?

Ekspertlərin sözlərinə görə, bəzən heyvanın qaraciyəri və yumurtalığında qan laxtasının olması belə bir ləkənin yaranmasına səbəb olur. Türkiyəli ekspertlər bildirirlər ki, bəzi hallarda isə heyvanların yaxşı qidalanmaması da bu cür ləkələrə səbəb olur.

© fotogaleriQan ləkəli yumurta
Qan ləkəli yumurta - Sputnik Azərbaycan
1/3
Qan ləkəli yumurta
© fotogaleriQan ləkəli yumurta
Qan ləkəli yumurta - Sputnik Azərbaycan
2/3
Qan ləkəli yumurta
© fotogaleriQan ləkəli yumurta
Qan ləkəli yumurta - Sputnik Azərbaycan
3/3
Qan ləkəli yumurta
1/3
Qan ləkəli yumurta
2/3
Qan ləkəli yumurta
3/3
Qan ləkəli yumurta

Belə bir görüntü o qədər də xoş deyil və iştahanın yaranmasına kömək etmir. Amma bu, onun zərərli olması da demək deyil. Bir sözlə, yumurta köhnəlməyibsə, bu zaman insan səhhəti üçün heç bir təhlükə yaratmır.

Xəbər lenti
0