Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Nazir Rasim Balayevə görə üzr istədi

© Sputnik / Tarana KhudabakhshiyevaMədəniyyət naziri Əbülfəs Qarayevin mətbuat konfransı keçirilib
Mədəniyyət naziri Əbülfəs Qarayevin mətbuat konfransı keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
"Düşünürəm ki, Rasim Balayev və digər mədəniyyət xadimləri ilə də görüş olacaq"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 5 mart - Sputnik. Xəbər verdiyimiz kimi, bu gün mədəniyyət naziri Əbülfəs Qarayev mətbuat konfransı keçirib. Sputnik Azərbaycan xəbər verir ki, media nümayəndələrinin suallarını cavablandıran nazir Prezidentlə mədəniyyət xadimlərinin görüşündə Tahir İmanovun səsləndirdiyi fikrə də münasibət bildirib.

Ə.Qarayev özəl telekanallara müdaxilə etmək səlahiyyətində olmadığını deyib:  “Tahir İmanovun və komandasının fəaliyyətini izləyirik. Onlar iddia etdilər ki, özəl şirkətlər tərəfindən onlara məhdudiyyət qoyulub. Mən telekanalların işinə birbaşa əmr edə bilmərəm, amma məsləhət verə bilərəm. Mən də arzulayıram ki, özəl kanallarda zəngin təcrübəyə malik bədii şura olsun”. 

Министр культуры и туризма Абульфас Гараев - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Mədəniyyət sahəsində dayanmadan islahatlar gedir" - Nazir

Nazir, həmçinin Xalq artisti Rasim Balayevin hansı səbəbdən Prezidentlə mədəniyyət xadimlərinin görüşünə dəvət olunmadığına da aydınlıq gətirib: “1300-dən çox əməkdar və xalq artistləri var. Hər kəsi görüşə çağıra bilməzdik. Düşünürəm ki, Rasim Balayev və digər mədəniyyət xadimləri ilə də görüş olacaq. Kim kənarda qaldısa, üzr istəyirəm, gələn dəfə nəzərə alacağıq”.

Ə.Qarayev dahi Nəsiminin Azərbaycana gətilib-gətirilməyəcəyi ilə bağlı sualı da cavablandırıb: “Nəsiminin məzarı Hələb şəhərindədir. O yer tək bizim yox, orada yaşayan insanlar üçün də müqəddəsdir. Biz, hətta o məzarın yenidən qurulması haqqında müzakirələr aparmışdıq. Sadəcə müharibə buna imkan vermədi. Ümid edirəm ki, vaxt gələcək, bunu da reallaşdıracağıq”.

Nazir mətbuat konfransında onu da qeyd edib ki, tezliklə ərəb ölkələrində Azərbaycan, Azərbaycanda isə ərəb ölkələrinin film həftələri keçiriləcək: “Müzakirələr gedir, tezliklə niyyət protokolu imzalanacaq. Biz İtalya, Hindistan və başqa ölkələrlə də belə layihəni həyata keçiririk”.

Xəbər lenti
0