BAKI, 5 mart - Sputnik. Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevlə telefonla danışıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Ölkə.az-a Rasim Balayevin özü məlumat verib.
"Təxminən on dəqiqə əvvəl cənab prezident mənimlə telefonla danışdı. Bildirdi ki, bu, bizim sənə münasibətimiz deyil, siyahını hazırlayanların günahıdır. Mən də təşəkkürümü bidirdim. Bildirdi ki, bu il kino sahəsinə 5 milyon ayrıldı. Növbəti ildən kinoya vəsait ayrılması büdcəyə salınacaq. Məndən soruşdu ki, görüşdə iştirak etsəydin, nə təklifin olacaqdı? Bildirdim ki, mənim təkliflərim Mehriban Zəkinin fikirləri ilə üst-üstə düşür", - Balayev deyib.
Qeyd edək ki, R.Balayev prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə dəvət edilmədiyi üçün narazılığını bildirmişdi.