Azərbaycanda yeni xəbər kanalı necə olmalıdır - Qulu Məhərrəmli danışır

© Sputnik / Murad OrujovFilologiya elmləri doktoru, professor Qulu Məhərrəmli
Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli  - Sputnik Azərbaycan
Abunə olmaq
Televiziya eksperti, professor Qulu Məhərrəmli deyir ki, Azərbaycan televiziya məkanında xəbər anlayışı öləziyib
Qulu Məhərrəmli: “Yeni televiziya kanalının yaradılması ümid oyadır”

Milli Televiziya və Radio Şurasının ötən gün keçirilən növbəti iclasında yeni xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılıb və ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tеzlik rеsursuna martın 11-dən aprelın 11-dək müsabiqə elan edilib.

Televiziya eksperti, professor Qulu Məhərrəmli Sputnik Azərbaycan-a deyir ki, televiziya məkanı peşəkarlıq baxımından istənilən səviyyədə olmadığına görə, auditoriya, tamaşaçı hər yeni açılan kanala ümidlə baxır:  

“Azərbaycan televiziya məkanında xəbər anlayışı öləziyib. Demək olar ki, hər hansı bir hadisəni operativ işıqlandıran televiziya kanalımız yoxdur. Bəzi internet kanalları buna cəhd edirlər, lakin onların imkanları yetərli deyil. Ona görə də yeni televiziya kanalının yaradılması ümid oyadır”.

Xəbər lenti
0