“Siz uça bilməzsiniz” - Ana və oğlunu təyyarədən qovdular

© REUTERS / Arnd WiegmannAmerican Airlines Boeing 767-300ER
American Airlines Boeing 767-300ER - Sputnik Azərbaycan
Abunə olmaq
Amerikan Airlines nümayəndələri Fleyk və oğlundan üzr istəyərək, baş verən hadisəni araşdıracaqlarını bildiriblər

BAKI, 5 mart — Sputnik. Amerikalı Cordan Fleyk 1 yaşlı körpəsi Ceksonla Dalalsa həyat yoldaşı ilə görüşə getdiyi zaman təyyarədən qovulub.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, təyyarə mindikdən sonra bələdçi Fleykə yaxınlaşaraq uşağının və özünün üzündə olan qızartıların nə olduğunu soruşub.

Bundan sonra o, Fleykdən uçuş üçün həkim icazə tələb edib. Qadın izah edib ki, o və oğlu dərinin quruluğu və qabıq verməsi ilə müşahidə edilən nadir genetik xəstəlik olan ixtioz xəstəliyindən əziyyət çəkirlər. Bələdçi xəstəlik haqqında internetdən məlumat almağa gedib, qayıdanda isə Fleykdən təyyarəni tərk etməyi xahiş edib. Qadının sözlərinə görə, o təyyarəni tərk edən zaman digər bələdçi onun ünvanına kobud söz deyib.

© Facebook / jordan.flake.98Amerikalı Cordan Fleyk biryaşlı körpəsi Ceksonla
“Siz uça bilməzsiniz” - Ana və oğlunu təyyarədən qovdular - Sputnik Azərbaycan
Amerikalı Cordan Fleyk biryaşlı körpəsi Ceksonla

"Məni həyatda bu günə qədər belə alçaltmamışdılar. Mən onlara məktub göndərmişəm və cavab gözləyirəm. Artıq insanları dinləməyə başlayın" – deyə qadın qeyd edib.

Fleykin atası Li Smit də qızı haqqında öz fikrini bildirib. O, qeyd edib ki, qızı bu xəstəliklə doğulub və belə davranışa layiq deyil: "Mənim qızım gözəl qızdır. Hərbçinin həyat yoldaşı və gözəl anadır".

Amerikan Airlines nümayəndələri Fleyk və oğlundan üzr istəyərək, baş verən hadisəni araşdıracaqlarını bildiriblər.

Xəbər lenti
0