CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda millət vəkilinin oğlu komitə sədri oldu

Abunə olmaq
Deputat İsa Həbibbəylinin oğlu yüksək vəzifəyə təyin olunub

BAKI, 5 mart - Sputnik. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov martın 5-də Səhət Həbibbəylinin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilməsi haqqında fərman imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, fərmanda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Səhət İsa oğlu Həbibbəyli Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilsin."

Qeyd edək ki, Səhət Həbibbəyli bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini  vəzifəsində çalışıb. O, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin oğludur. 

Xəbər lenti
0