CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaşları narazı salan 14 hakimin səlahiyyətlərinə xitam verilib

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan
Abunə olmaq
Ombudsman: "Dörd məhkəmə sədri aşağı vəzifəyə, altı hakim inzibati məsuliyyətə cəlb edilib"

BAKI, 5 mart - Sputnik. "Ötən il vətəndaşların haqlı narazılıqları ilə 14 məhkəmə hakiminin səlahiyyətlərinə xitam verilib".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Ombudsman Elmira Süleymanova Milli Məclisin bu gün keçirilən plenar iclasında bir illik hesabatı təqdim edən zaman deyib. O bildirib ki, bu sahədə işlər davam etdirilir, vətəndaşların şikayətlərinə obyektiv olaraq baxılır.

"Dörd məhkəmə sədri aşağı vəzifəyə, altı hakim inzibati məsuliyyətə cəlb edilib, ikisi vəzifəsindən azad edilib, birinin isə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib" - deyə Süleymanova vurğulayıb.

Xəbər lenti
0