BAKI, 4 mart — Sputnik. Xalq artisti Aygün Kazımova martın 1-də Bakıda daha bir möhtəşəm konsert verib.
Müğənninin mətbuat xidmətindən Sputnik Azərbaycan-a daxil olan məlumata görə, Aygün Kazımova konsertdən öncə rəqqaslarla məşqlər edərək gecəyə xüsusi hazırlaşıb. Hər zaman şouları ilə tamaşaçılarını təəccübləndirməyi bacaran Aygün Kazımova elə səhnəyə də rəqqasların çiynində çıxıb.
Посмотреть эту публикацию в Instagram
Konserti "Ya i tı" mahnısı ilə başlayan xalq artisti, gecə boyu illərdi xalqın dilindən düşməyən, hitə çevrilmiş “Sevgilim süz”, “Ya devuşka vostoçnaya”, “İndi sənsiz”, “Mən Aygünəm”, “Səni düşündükcə”, “Paramparça” kimi mahnılarını və “DUY” albomundakı son bəstələri canlı ifa edib. Konsertdə yadda qalan başqa bir məqam isə müğənninin “Kim dinler sizi” adlı türk mahnısına yeni nəfəs verməsi olub.
Qeyd edək ki, konserti izləyəməyə gələnlər arasında məşhur simalar, Fransadan gələn xüsusi qonaq da olub.