BAKI, 3 mart – Sputnik. Bu gün yerli vaxtla saat 13:11-də Lənkaran stansiyasından 22 km cənub-şərqdə Xəzər dənizində 3 maqnitudalı zəlzələ qeydə alınıb.
Sputnik Azərbaycan-ın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı 25 km dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.