Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qanuna edilən dəyişiklik banklara inamı bərpa edəcəkmi - iqtisadçı şərh edir

© © Fuad İbrahimovun şəxsi arxivindənİqtisadçı-ekspert Fuad İbrahimov
İqtisadçı-ekspert Fuad İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı-ekspert Fuad İbrahimov deyir ki, ölkədə baş verən iki devalvasiyada əsas zərbə bank sektoruna dəyib
Fuad İbrahimov: “Dəyişiklik münasibətlərin bərasına müsbət təsir edəcək”

Azərbaycan Prezidenti İlham Əliyev “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Dəyişikliyə  əsasən Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti daha 1 il - gələn il martın 4-nə qədər artırılıb.

İqtisadçı-ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, bu dəyişiklik vətəndaşların banklara olan inamının bərpasında stimullaşdırıcı addımdır:

“Bu qərar vətəndaş bank arasında olan münasibətlərə istilik gətirəcək. Hazırda bu qəbildən verilən qərarlara ehtiyyac var. Nəzərə almaq lazımdır ki, ölkədə baş verən iki devalvasiyada əsas zərbə bank sektoruna dəydi. Məhz o dövrdən sonra banklara qarşı vətəndaşlarda inamsızlıq yarandı. Şübhəsiz ki, ölkə başçısı tərəfindən bu istiqamətdə verilən qərarlar vətəndaş və bank arasında münasibətlərin bərasına müsbət təsir edəcək”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0