BAKI, 3 mart — Sputnik. Suriyada 1000-dən çox İŞİD üzvü saxlanılıb.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, terrorçular ərəb-kürd qüvvələri tərəfindən saxlanılıb. Məlumatı ABŞ-da yerləşən "Suriya demokratik şurası"nın həmsədri Bassam İsak yayıb. O, qeyd edib ki, əsir düşən döyüşçülərin sayı durmadan daim artır.
800-dən çox terrorçu Suriyanın cənub-şərqində Baquz kəndi ətrafında döyüşlərdə əsir düşüb. İndi əsas diqqət İŞİD tərəfindən tutulan girovların həyatını xilas etməkdir.