SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran sükutu pozdu: Paşinyanın səfəri zamanı yaşanan qalmaqala münasibət bildirildi

© official site of the Prime minister of RAПремьер-министр Никол Пашинян встретился с президентом Ирана Хасаном Роухани
Премьер-министр Никол Пашинян встретился с президентом Ирана Хасаном Роухани - Sputnik Azərbaycan
Abunə olmaq
"Ararat idman kompleksində Dağlıq Qarabağ münaqişəsinə dair erməni dilində bir neçə  plakatın asılması özbaşına atılmış bir addımdır, qəbuledilməzdir”

BAKI, 3 mart – Sputnik. İran XİN Paşinyanın səfəri zamanı ermənilərin yaratdığı plakat qalmaqalına münasibət bildirib
“Ararat” idman kompleksində  erməni dilində bir neçə plakatın asılması özbaşına və qəbuledilməz bir addım idi, İran İslam Respublikası bunu dəstəkləmir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu ONA-ya eksklüziv açıqlamasında İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bildirib.

B.Qasimi deyib ki, Ermənistan  baş naziri Nikol Paşinyanın “Ararat” idman kompleksində olması və İranda yaşayan eyni dinə mənsub vətəndaşlarla görüşü normal haldır: “Lakin Ararat idman kompleksində Dağlıq Qarabağ münaqişəsinə dair erməni dilində bir neçə  plakatın asılması özbaşına atılmış bir addımdır, qəbuledilməzdir”.

© © Ermənistan prezidentinin rəsmi saytıPaşinyanın selfisi
İran sükutu pozdu: Paşinyanın səfəri zamanı yaşanan qalmaqala münasibət bildirildi - Sputnik Azərbaycan
Paşinyanın selfisi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İranın Qarabağ münaqişəsinə dair siyasətinin həmişəki kimi şəffaf və aydın siyasət olduğunu, dəyişmədiyini vurğulayıb: “Münaqişə beynəlxalq prinsiplər əsasında və danışıq yolu ilə həll edilməlidir. İran üçün Ermənistan və Azərbaycanla  münasibətlərinin Qarabağ münaqişəsinin təsiri altında olmaması çox önəmlidir. Ona görə, İran bu məsələdə öz əsaslı və məntiqli siyasətini davam etdirir. Ümid edirik ki, münaqişə sülhməramlı səylərlə diplomatik yollarla tez bir zamanda həll ediləcək. İran iki ölkə arasındakı bu münaqişənin dinc yolla həlli üçün çalışıb, yenə də bunun üçün bütün səylərini göstərə bilər”.

B. Qasımi qeyd edib ki, uzun əsrlərdən bəri, müxtəlif ilahi din mənsubları, o cümlədən ermənilər İranda dinc yaşadığına görə fəxr edirlər. Onun sözlərinə görə, bu gün də İran Konstitusiyasına əsasən erməni, zərdüşt və yəhudi icmalarının deputatları İran parlamentində təmsil olunurlar.

Ermənistan baş nazirinin Tehrana son səfərinə münasibət bildirən B. Qasimi İranın bütün qonşularına münasibətdə şəffaf və aydın siyasət yürütdüyünü söyləyib: “Biz qonşu ölkələrlə qarşılıqlı ehtiram və daxili işlərə müdaxilə etmədən əlaqələr qurmaqda maraqlıyıq. Eyni zamanda, biz münasibətləri daha da genişləndirməyə çalışırıq. Hesab edirik ki, İranın qonşu ölkələrdən hər hansı biri ilə münasibətlərinin genişlənməsi qonşu ölkələr və dünya ölkələri arasında hansısa ölkənin mənafeyinin əleyhinə deyil və olmayacaq.

Ermənistanın baş naziri Nikol Paşinyan - Sputnik Azərbaycan
SİYASƏT
İran ətrafında vəziyyət Ermənistanı narahat edir - Paşinyan

SSRİ dağılması ilə Orta Asiya və Qafqazda ölkələrin müstəqillik əldə etməsinin ardınca İran və Ermənistan arasında qonşuluq haqqı və prinsiplərinə əsasən balanslı və mötədil münasibət qurulub. Ermənistan baş nazirinin İrana səfəri bu əlaqələr və İranın öz xarici siyasətində bütün şimal qonşu ölkələrlə bağlı yürütdüyü siyasət çərçivəsində baş tutub”.

İran-Azərbaycan münasibətlərini dəyərləndirən B.Qasimi deyib ki, iki qonşu ölkələr müştərək adət-ənənə və mədəniyyətə, məzhəb oxşarlığına malikdir: “Azərbaycan müstəqillik əldə etdikdən sonra davamlı olaraq münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edib. Hər iki ölkənin rəsmilərinin diqqəti əlaqələri müxtəlif sahələrdə daha da inkişaf etdirməyə yönəlib və yönələcək. Son illərdə müxtəlif nümayəndə heyətlərinin, xüsusilə prezidentlər İlham Əliyev və Həsən Ruhaninin, xarici işlər nazirlərinin görüşlərinə, eləcədə əldə olunmuş razılıqlara nəzər salsaq, Azərbaycan və İran arasında əlaqələrin nə qədər dərin kökləri olduğunu görərik. İran Azərbaycanın, Ermənistanın və digər qonşu ölkələrin sabitliyini və iqtisadi inkişafını dünyanın ən həssas bölgəsi olan regionumuzun inkişafı hesab edir. Bizim istəyimiz qonşu ölkələrin bir-biri ilə düşmənçilikdən uzaq, dinc və təhlükəsiz yaşamasıdır”.

Xəbər lenti
0