CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİM 9-cu siniflər üçün buraxılış imtahanları keçirir

© Photo : REPORTİmtahan
İmtahan - Sputnik Azərbaycan
Abunə olmaq
İmtahanların idarə olunmasına 84 ümumi imtahan rəhbəri, 254 imtahan rəhbəri, 2980 nəzarətçi‑müəllim, 221 buraxılışı təşkil edən əməkdaş, 84 bina nümayəndəsi ayrılıb.

BAKI, 3 mart – Sputnik. Bu gün 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilir.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində ümumilikdə 37434 şagird imtahan verir.

ADU-da payız semestrinin imtahan sessiyası ilə bağlı mediatur keçirilib - Sputnik Azərbaycan
Dövlət İmtahan Mərkəzi tələbə qəbulu elan edir

İmtahan saat 11:00-da başlayıb. IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 84 imtahan mərkəzi ayrılıb.

İmtahanda 37434 (Bak şəhəri Yasamal rayonunda 2837, Binəqədi rayonunda 4254, Səbail rayonunda 1544, Xətai rayonunda 3474, Xəzər rayonunda 2836, Nərimanov rayonunda 3131, Suraxanı rayonunda 2713, Sabunçu rayonunda 4820, Nəsimi rayonunda 2374, Qaradağ rayonunda 2170, Nizami rayonunda 2454, Pirallahı rayonunda 386, Naxçıvan Muxtar Respublikasında 3439, Şirvan şəhərində 1002) nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına 84 ümumi imtahan rəhbəri, 254 imtahan rəhbəri, 2980 nəzarətçi‑müəllim, 221 buraxılışı təşkil edən əməkdaş, 84 bina nümayəndəsi ayrılıb.

Xəbər lenti
0