SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ Çinin güclənməsindən niyə narahatdır - politoloq şərh edir

© © Rövşən İbrahimovun şəxsi arxivindənRövşən İbrahimov
Rövşən İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
Cənubi Koreyanın Hankuk universitetinin dosenti, politoloq Rövşən İbrahimov deyir ki, əvvəllər də bu iki ölkə arasında ticari müharibələr baş verib
Rövşən İbrahimov: “Çin ümumdaxili məhsul istehsalının artımına görə ABŞ-ı keçə bilər”

ABŞ prezidenti Donald Tramp Çinlə aparılan ticarət danışıqlarını uğurlu adlandırıb.

Cənubi Koreyanın Hankuk universitetinin dosenti, politoloq Rövşən İbrahimov Sputnik Azərbaycan-a deyir ki, ABŞ və Çin arasındakı ticarət savaşı yeni bir şey deyil:

“Əvvəllər də bu iki ölkə arasında ticari müharibələr baş verib. Onu da demək lazımdır ki, bu cür savaşlar tək Çinə qarşı deyil, ABŞ-ın digər ticari tərədaşlarına qarşı da baş verib. Zaman-zaman həmin ölkələrin məhsullarına tətbiq olun gömrük rüsumları, vergilər artırılıb. İddia olunur ki, bir müddət sonra Çin ümumdaxili məhsul istehsalının artımına görə ABŞ-ı keçə bilər. Bu Çinin super güc olmasına imkan verəcək. ABŞ bundan narahatdır. Ancaq qeyd etməliyik ki, bu baş verənlər birtərəfli deyil, qarşılıqlı olaraq gerçəkləşdirilir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0