BAKI, 2 mart — Sputnik. Bakıda qətl hadisəsi törədilib.
Sputnik Azərbaycan-ın ONA-ya istinadla xəbər verir ki, Yasamal rayon Prokurorluğundan bildirilib ki, martın 1-də Yasamal rayonu, Xiyabani küçəsi, 33 ünvanının qarşısında 1997-ci il təvəllüdlü Kamil Vaqif oğlu Səttarlı şəxsi münasibətlər zəminində tanışı, 1993-cü il təvəllüdlü Emin Ələsgər oğlu Babaverdiyevi üç bıçaq zərbəsi ilə qətlə yetirib.
Yasamal rayon Polis İdarəsinin və rayon prokurorluğunun əməkdaşlarının iştirakı ilə hadisə yeri və meyit müayinə olunub, ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib, eləcə də iş üzrə digər zəruri istintaq hərəkətləri görülüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.