Türkiyədə Xocalı ilə bağlı tədbirlər davam edir

© © "Azərbaycan Gənçlərinin İstanbul Hərəkatının” mətbuat xidməti"Azərbaycan Gənçlərinin İstanbul Hərəkatının” Xocalıya Ədalət kampaniyası ilə bağlı tədbir
Azərbaycan Gənçlərinin İstanbul Hərəkatının” Xocalıya Ədalət kampaniyası ilə bağlı tədbir - Sputnik Azərbaycan
Abunə olmaq
"Keçmişi unutmamaq, dəqiq şəkildə təhlil aparmaq, gənclərimizi məlumatlandırmaq lazımdır" - Sadiq İbrahimli

BAKI, 1 mart — Sputnik. Türkiyənin İstanbul şəhərində Xocalı Soyqırımının 27-ci il dönümü ilə bağlı tədbirlər davam edir. Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın başlatdığı Xocalıya Ədalət kampaniyası çərçivəsində "Azərbaycan Gənçlərinin İstanbul Hərəkatının" (AGİH) təşəbbüsü və təşkilatçılığı ilə Avrasiya Stratejik Araştırmalar Mərkəzində (ASAM) bu təşkilatın rəhbərliyinin dəstəyi ilə Xocalı Soyqırımını anma, Xocalı həqiqtlərini təbliğ etmə xarakterli tədbir təşkil olunub.

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Xocalı Soyqırımını, orda baş verən qətliamı əks etdirən görüntülər təqdim olunub, daha sonra Xocalı həqiqətləri erməni terrorizmi haqqında çıxışlar olub.

© © "Azərbaycan Gənçlərinin İstanbul Hərəkatının” mətbuat xidməti"Azərbaycan Gənçlərinin İstanbul Hərəkatının” Xocalıya Ədalət kampaniyası ilə bağlı tədbir
Türkiyədə Xocalı ilə bağlı tədbirlər davam edir - Sputnik Azərbaycan
"Azərbaycan Gənçlərinin İstanbul Hərəkatının” Xocalıya Ədalət kampaniyası ilə bağlı tədbir

Azərbaycan Gənclərinin İstanbul Hərəkatının rəhbəri Rəşad Rza, rəhbərin müavini araşdırmaçı yazar Sadiq İbrahimli, araşdırmaçı yazar Dr. Aygün Həsənoğlu, araşdırmaçı jurnalist Mayis Əlizadə çıxış ediblər. Tədbirə Azərbaycan Respublikasının İstanbuldakı Konsulu, Avrasiya Bir Vəqfinin başqanı Şaban Gülbahar, İstanbuldakı Azərbaycan Dərnəklərinin rəhbərləri, tanınmış ziyalılar, elm xadimləri, mətbuat nümayəndələri və tələbələr də qatılıb.

Hərəkat rəhbəri Rəşad Rza çıxışında erməni terrorizminin kökü və yaranma səbəbləri haqqında məlumat verib.

Araşdırmaçı yazar Sadiq İbrahimli isə çıxışında tarix boyu ermənilərə güzəştə gedildiyini, onlara qarşı heç bir ayrı seçkiliyin edilmədiyini vurğulayıb. O həmçinin qeyd edib ki, bunun nəticəsində fürsət əldə etdikləri zaman ermənilər Azərbaycana, həm də Türkiyəyə qarşı zaman-zaman böyük torpaq iddiasında olub.

"Keçmişi unutmamaq, dəqiq şəkildə təhlil aparmaq, gənclərimizi məlumatlandırmaq lazımdır. Bütün dünya xaqları bu hadisəyə, ümumən terrorizmə, erməni terrorizminə qarşı səsimizə səs verməlidir. Ermnəilər dinc şəkildə yaşamaq istəyirlərsə, bu hadisələrdən dərs çıxarıb keçmişdə buraxdıqları ağır səhvləri təkrarlamamalıdır. Onlar bu vəhşiliklərdən əl çəkməli və qəsb etdikləri torpaqlarımızı tərk etməlidir".

© © "Azərbaycan Gənçlərinin İstanbul Hərəkatının” mətbuat xidməti"Azərbaycan Gənçlərinin İstanbul Hərəkatının” Xocalıya Ədalət kampaniyası ilə bağlı tədbir
Türkiyədə Xocalı ilə bağlı tədbirlər davam edir - Sputnik Azərbaycan
"Azərbaycan Gənçlərinin İstanbul Hərəkatının” Xocalıya Ədalət kampaniyası ilə bağlı tədbir

A.Həsənoğlu çıxışında Xocalıda baş vermiş soyqırım faktlarını, orda insanların amansızlıqla qətlə yetirildiyini deyib. Çıxışçı Xocalı faciəsi haqqında olan rəsmi və gizlədilmiş faktlardan, öldürülən insanların sayından danışıb. A.Həsənoğlu 31 mart soyqırımından da danışıb: "31 Mart Soyqırımı nəticəsində də dinc əhali amansızlıqla öldürüldü, yüzlərlə kənd, yaşayış yerlərini dağıdılaraq viran qoyuldu".

Araşdırmaçı jurnalist Mayis Əlizadə isə çıxışında Xocalıda baş verənlərin dünya miqyasında tanıdılması, təbliği üçün Azərbaycan rəhbərliyinin, müxtəlif təşkilatların fəaliyyətindən, həmçinin qardaş Türkiyə Cümhuriyyəti tərəfindən görülən işlərdən danışıb.

Xəbər lenti
0