BAKI, 1 mart — Sputnik. Türkiyənin tanınmış aktrisası Dəniz Akbulut müğənni İbrahim Tatlısəslə bağlı qalmaqallı açıqlama verib.
Sputnik Azərbayan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, "Yeşilcam" filmlərinin ulduzu illər öncə hotel otağında aralarında baş verənlərlə bağlı bəzi detalları açıqlayıb:
"İllər öncə biz eyni filmdə çəkilmişdik. Uzun müddət sonra isə İbrahim Tatlısəs mənə zəng etdi. Məndən xoşu gəldiyini dedi. Biz hoteldə qalırdıq. O məni hoteldəki otağına çağırdı, getdim. Qapını döyməyə hazırlaşırdım ki, Sibel Can İbrahim Tatlısəsin otağından çıxdı. Yataq otağına keçdikdə isə bir bəhanə edərək qaçdım. Onu dəlicəsinə sevirdim, amma həm qorxurdum, həm də çox həyəcanlı idim".