Ermənistanın sabiq müdafiə nazirinin əmlakı və maliyyə vasitələrinə həbs qoyuldu

© Sputnik / Asatur YesayantsSeyran Ohanyan
Seyran Ohanyan - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirin təqaüd hesabına həbs qoyulması bankın texniki səhv olub

BAKI, 1 mart — Sputnik. Ermənistanda 1 mart 2008-ci il hadisələri ilə bağlı Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın təqaüd hesablarına həbs qoyulub. Bu barədə Sputnik Ermənistan "Pastinfo"-ya istinadən xəbər verir.

Nəşrin məlumatına görə, ilkin araşdırmaların gedişi zamanı Ohanynın mülki və maliyyə vasitələrinə həbs qoyulub. Bu araşdırma zamanı sabiq nazirin təqaüd hesablarına da həbs qoyulub.

"Sputnik Ermənistan"ın məlumatına görə, nazirin təqaüd hesabına həbs qoyulması bankın texniki səhv olub. Hazırda bu səhv aradan qaldırılıb və Ohanyanın təqaüd hesabı üzərindən həbs götürülüb.

Qeyd edək ki, 2008-ci ildə Levon Ter-Petrosyanın rəhbərliyi ilə müxalifət seçkilərin nəticələrinə etiraz edərək uzun müddət etiraz aksiyası keçirib. Bir neçə gün davam edən aksiyalar 1-2 mart tarixlərində etirazçılar və hüquq mühafizə orqanları əməkdaşları arasında qarşıdurmaya çevrilib. Nəticədə 10 nəfər ölüb.

Seyran Ohanyan da 2008-ci ilin martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü ilə əlaqədar açılan cinayət işi çərçivəsində dindirilib. Lakin sabiq müdafiə naziri ittihamları rədd edərək, günahsız olduğunu bildirib.

Xəbər lenti
0