Tramp: "Pakistan-Hindistan münaqişəsinin yaxın vaxtda başa çatacağına ümid edirəm"

© REUTERS / MUKESH GUPTAHindistan Təhlükəsizlik Qüvvələrinin sərhədçiləri Pakistanla sərhədə nəzarət edirlər
Hindistan Təhlükəsizlik Qüvvələrinin sərhədçiləri Pakistanla sərhədə nəzarət edirlər - Sputnik Azərbaycan
Abunə olmaq
Birləşmiş Ştatlar münaqişənin həllinə yardım edir.

BAKI, 1 mart — Sputnik. ABŞ prezidenti Donald Tramp ümid edir ki, Hinistan və Pakistan arasında konflikt yaxın vaxtlarda başa çatacaq. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu o Vyetnamın paytaxtı Hanoyda keçirilən mətbuat konfransında bildirib.

"Ümid edirəm ki, konflikt yaxın vaxtlarda başa çatacaq", - deyə Tramp bildirib.

Истребители F16 турецких военно-воздушных сил, фото из архива - Sputnik Azərbaycan
Hindistan və Pakistan arasında hava döyüşü olub

Onun sözlərinə görə, Birləşmiş Ştatlar münaqişənin həllinə yardım edir.

Qeyd edək ki, ötən gün Pakistan ordusu mübahisəli Kəşmir regionunda ölkənin hava məkanını pozduğu üçün Hindistanın iki hərbi qırıcısını vurub. Sputnik Azərbaycan xəbər verir ki, bunu Pakistan Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Asif Qafur öz "Twitter" səhifəsində yazıb.

"Təyyarələrdən biri Azad Kəşmir, digəri isə təmas xətti zonasında düşüb" - deyə Qafur yazıb. Onun sözlərinə görə, Hindistan Hərbi Hava Qüvvələri İslamabadın zərbələrinə cavab olaraq təmas xəttini keçib.

Vurulan təyyarələrdən birinin hind pilotu həbs olunub. Pakistan Xarici İşlər Nazirliyi bəyan edib ki, İslamabad bununla da özünü müdafiə qabiliyyətini göstərib.

Qeyd edək ki, fevralın 26-ı səhər saatlarında Hindistanın döyüş təyyarələri Kəşmirin Pakistana məxsus hissəsindəki Balakot məntəqəsində "Cəiş e-Məhəmməd" radikal qrupunun təlim düşərgəsinə zərbə endirib. NDTV-nin verdiyi xəbərə görə, nəticədə 325 yaraqlı və 25-27 təlimçinin olduğu düşərgədə 300-dən artıq terrorçu, habelə çoxlu sayda silah-sursat məhv edilib.

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi və Pakistanın Milli Elmlər və Texnologiya Universiteti (NUST) ilə birgə İslamabad şəhərində təşkil olunmuş seminar - Sputnik Azərbaycan
QARABAĞ
Pakistanın Azərbaycana Qarabağla bağlı verdiyi dəstək davam edəcək

Hindistanın xarici işlər katibi Vicay Qoxale adıçəkilən qrupun Hindistanın müxtəlif bölgələrində terror hücumları hazırladığına görə həmin hava əməliyyatının tamamilə zəruri olduğunu vurğulayıb.

Xatırladaq ki, fevralın 14-də Cəmmu və Kəşmir ştatında hərbi karvana edilən hücümü Pakistanda fəaliyyət göstərdiyi bildirilən "Cəiş e-Məhəmməd" təşkilatı üzərinə götürmüşdü. Həmin hadisə iki ölkə arasında, onsuz da, mürəkkəb olan münasibətləri daha da gərginləşdirib.

Qeyd edək ki, Pakistan müsəlman ölkəsi olaraq daim Azərbaycanla dost münasibətdə olub. İstər Dağlıq Qarabağ münaqişəsi, istərsə də digər problemlərdə İslamabad Bakıdan dəstəyini əsirgəməyib.

Xəbər lenti
0