BAKI, 1 mart — Sputnik. Belarus prezidenti Aleksandr Lukaşenko ictimaiyyət nümayəndələri, yerli və xarici KİV nümayəndələri ilə baş tutan "prezidentlə böyük söhbət"in gedişi zamanı Rusiyanı Belarusun təklifinə daxil etməyi təklif edib.
Belarus lideri bəyan edib ki, Rusiyanın onun ölkəsini udmağa dair bir niyyəti yoxdur.
O, bildirib ki, Belarus ərazisinin Rusiya tərkibinə daxil edilməsinə dair sual müzakirəyə çıxarılsa onda belorusların böyük əksəriyyəti bunun əleyhinə səs verəcək: "Belaruslar bu gün Rusiya ilə birgə yaşamaq istəyir, lakin öz evlərində. Ölkəni ora, bura daxil edilməsi barədə danışanda mən deyirəm: Dinləyin, bu da normal variantdır – gəlin Rusiyanı Belarusa birləşdirək".