CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda "Bayram Qatarı" yarmarkası keçiriləcək

© Sputnik / Anar MustafayevЗал ожиданий Бакинского железнодорожного вокзала
Зал ожиданий Бакинского железнодорожного вокзала  - Sputnik Azərbaycan
Abunə olmaq
Yarmarkanın təşkilatçısı qismində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi ilə "ADY Əmlak" MMC çıxış edir

BAKI, 1 mart - Sputnik. Bakıda "Bayram Qatarı" adlı ilk yarmarka keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, Novruz bayramı ilə əlaqədar hazırlanmış xeyriyyə yarmarkası Cəfər Cabbarlı meydanında baş tutacaq. Paytaxtın sakinləri və onun qonaqları yarmarkanı martın 15-dən aprelin 15-dək ziyarət edə biləcəklər.

Yarmarkanın təşkilatçısı qismində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi ilə "ADY Əmlak" MMC çıxış edir. "Bayram Qatarı" ildə üç dəfə keçiriləcək.

Yarmarkanın qonaqlarını müxtəlif restoranlar, kafelər, suvenir mağazaları və DJ-lərin iştirakı ilə musiqi müşayiəti gözləyəcək.

Xəbər lenti
0