Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Səhnəmizin "Keçəl"i bu Novruzda səhnəyə çıxmayacaq

© Sputnik / Murad OrujovNovruz qəhrəmanları: Keçəl və Kosa
Novruz qəhrəmanları: Keçəl və Kosa - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktyoru olan Elçin İmanov bir müddətdir ki, səhnədən uzaqlaşmasının səbəblərindən danışdı

BAKI, 28 fevral — Sputnik. Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktyoru olan Elçin İmanovun bir müddətdir ki, səhnədən uzaq düşməsinin səbəbi ayağının sınmasıdır. Bu haqda Sputnik Azərbaycan-a açıqlamasında o özü deyib: "Ötən ilin dekabrın 14-də səhnədə "Nuri-didə Ceyhun" tamaşası zamanı ayağım sürüşdü, dizi üstə yıxıldım. Nəticədə diz qapağım qırıldı. Buna görə də dekabrın 20-sində ayağm əməliyyat olundu. Həkimlər ayağıma mil qoydular".

Aktyor sağalma prosesindən də danışıb: "Bu proses bir az uzun çəkir. Yalnız bir ildən sonra bu dəmirin çıxarılması nəzərdə tutulur. Həkimlər deyir ki, istəsəz çıxara, ya da saxlaya bilərsiz. Lakin hələ ki, ayağım əyilmir, gəzəndə isə şiş əmələ gəlir. Həkimlər isə deyir ki, "bu normal bir şeydir, yavaş-yavaş öyrəşəcəksiniz". Şişin də sonradan çəkiləcəyini deyirlər. O səbəbdən evdən çıxmıram, heç yerə getmirəm. Bəlkə də dağ uşağı olduğum üçün yaş faktorunun mənə elə də ciddi təsiri olmayıb. Həkimlər deyir ki, hə şey qaydasındadır" – deyə 48 yaşlı aktyor əlavə edib.

Aktyor son zamanlar çəki itirməsinin səbəbindən də danışıb: "Adətən yataq xəstələri çox çəki yığırlar. Bizim sənətimiz də belədir ki, bir az artıq çəki yığdınsa, ondan azad ola bilmirsən. Mən də çalışıram ki, qarnım irəli çıxmasın. Arıqlamağımın səbəbi yalnız budur".

Xəbər lenti
0