Məmmədyarov Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb

© © XİN-nin mətbuat xidmətiXarici işlər naziri Elmar Məmmədyarov Dünya İqtisadi Forumunun prezidenti ilə görüşdü
Xarici işlər naziri Elmar Məmmədyarov Dünya İqtisadi Forumunun prezidenti ilə görüşdü - Sputnik Azərbaycan
Abunə olmaq
O, Azərbaycanın 2019-cu ilin oktyabr ayının 21-26-da Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 18-ci sammitinə ev sahibliyi edəcəyi barədə həmsöhbətini məlumatlandırıb

BAKI, 28 fevral — Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Görüş zamanı Borge Brende nazir Elmar Məmmədyarovu 2019-cu ilin 6-7 aprel tarixlərində İordaniyada keçiriləcək Dünya İqtisadi Forumunun Yaxın Şərq və Şimali Afrika üzrə tədbirinə dəvət edib. B.Brende tədbir çərçivəsində Körfəz ölkələrinin xarici işlər nazirlərinin iştirak edəcəyi Avrasiya seqmentinin çox önəmli olduğunu diqqətə çatdırıb.

© © XİN-nin mətbuat xidmətiXarici işlər naziri Elmar Məmmədyarov Dünya İqtisadi Forumunun prezidenti ilə görüşdü
Məmmədyarov Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb  - Sputnik Azərbaycan
Xarici işlər naziri Elmar Məmmədyarov Dünya İqtisadi Forumunun prezidenti ilə görüşdü

Öz növbəsində, nazir Elmar Məmmədyarov Cenevrəyə səfərinin məqsədlərini bölüşüb, eləcə də Azərbaycanın 2019-cu ilin oktyabr ayının 21-26-da Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 18-ci sammitinə ev sahibliyi edəcəyi barədə həmsöhbətini məlumatlandırıb.

E.Məmmədyarov Dünya İqtisadi Forumunun prezidentinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan hazırkı danışıqlar prosesi barədə məlumat verib.

Görüş zamanı, həmçinin regional və qlobal gündəlikdə olan mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0