BAKI, 28 fevral — Sputnik. Yevlaxda cinayət hadisəsi baş verib. DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, fevralın 26-sı axşam saat 10 radələrində Yevlax rayonu Yuxarı Qarxun kəndi ərazisindən Elnur Məmmədovun kəsilmiş-deşilmiş yaralarla rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildiyi barədə RPŞ-yə məlumat daxil olub. Yaralıya tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.
Məlumatla əlaqədar Yevlax Rayon Polis Şöbəsində dərhal əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində həmkəndlisinə xəsarət yetirməkdə şübhəli bilinən Zəkəriyyə Kərimov saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.