CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: “Müavinətlərın artırılması sosial islahatların bir elementidir”

Abunə olmaq
İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, müavinətin məbləğinin artırılması məcburi köçkünlərin sosial təminatı baxımından çox vacibdir

 

Vüqar Bayramov: “Müavinətlərın artırılması sosial islahatların bir elementidir”

“Aylıq müavinətin məbləğinin artırılması məcburi köçkünlərin sosial təminatı baxımından çox vacibdir”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov deyib.

“2017-ci il yanvarın 1-dən etibarən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə vahid aylıq müavinət ödənilir. Bu vəsait onların kommunal xidmətlərə dair xərclərinin ödənilməsi məqsədilə dövlət tərəfindən əvəzsiz olaraq verilir. 2017-ci ilin əvvəlində bu rəqəm 36 manat idi, ötən il isə 40 manata çatdırılmışdı. Prezident İlham Əliyevin fevralın 26-da imzaladığı Sərəncamla müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılacaq. Son dəyişiklikdən sonra həmin məbləğ 60 manat olacaq. Bu isə o deməkdir ki, əgər ailənin 4 üzvü varsa, onlar dövlət büdcəsindən aylıq 240 manat vəsait əldə edəcəklər. Müavinətin məbləğinin artırılması məcburi köçkünlərin sosial təminatı baxımından çox vacibdir. Bu, məcburi köçkün ailələrinə dəstək kimi qiymətləndirilməlidir. Həmçinin bu, ailə üzvlərinin sayı çox olan məcburi köçkünlərə dövlət büdcəsindən daha çox vəsait əldə etmək imkanı verəcək. Əvəzsiz ödənilən həmin vəsait dövlətin əvəzsiz dəstəyidir. Bu kontekstdən son addım ölkəmizdə həyata keçirilən sosial islahatların bir elementi kimi qiymətləndirilməlidir. Bu, praktik olaraq kifayət qədər həssas qrup hesab edilən məcburi köçkünlərin sosial təminatının daha da yaxşılaşdırılmasına dəstək kimi xarakterizə olunur”, - deyə ekspert bildirib.

Xəbər lenti
0