CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fəxri Abbasov: “Müştərilərimin 60 faizi xaricilərdir”

Abunə olmaq
“Bir sərgidə iştirak etməklə rəssam tanınmır”

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 27 fevral — Sputnik. Artıq 17 ildir ki, fevral ayının 27-si qeyri-rəsmi olaraq Dünya Rəssamlar Günü kimi qeyd olunur. Bu özəl gündən istifadə edərək, incəsənətin əsas qollarından olan rəssamlıq sənətinin Azərbaycandakı vəziyyətini öyrənmək istədik. Bu məqsədlə də istedadlı rəssam Fəxri Abbasova müraciət etdik. O, Sputnik Azərbaycan-a müsahibəsində maraqlandığımız sualları cavablandırdı:

© Facebook / fexriabbasovvFəxri Abbasovun əl işi
Fəxri Abbasov: “Müştərilərimin 60 faizi xaricilərdir” - Sputnik Azərbaycan
Fəxri Abbasovun əl işi

- Azərbaycanda beynəlxalq dərəcəli gənc rəssamlar var?

- Əlbəttə ki, var. Yaşlı rəssamlardan da var, cavanlardan da. Sadəcə Azərbaycan rəssamları ölkə xaricinə çıxa bilmirlər. Çünki peşəkar kuratorlar yoxdur.

- Bizim rəssamlar hansı səbəbdən xarici ölkələrin rəssamlarından geri qalırlar?

- Birinci səbəblərdən biri beynəlxalq sərgilərə gedə bilməmələridir. Buna səbəb isə maddiyyatdır. Hər dəfə gedəndə pul lazım olur, rəssamların isə buna imkanı çatmır.

- Beynəlxalq sərgilərə qatılmaq rəssamlara tanınmaq ilə yanaşı başqa necə təsir edir?

- Rəssamın dünya görüşünün formalaşmasına təsiri böyük olur. Rəssam üçün əsərini başqa bir ölkədə, başqa bir rəssamın əsərinin yanında görmək emalatxanada görməklə eyni deyil. Beynəlxalq sərgilərdə rəssam həm öyrənir, həm müqayisə edir, həm də inkişaf edir.

© Facebook / fexriabbasovvFəxri Abbasovun əl işi
Fəxri Abbasov: “Müştərilərimin 60 faizi xaricilərdir” - Sputnik Azərbaycan
Fəxri Abbasovun əl işi

- Rəssamlıqda da xüsusi yaş həddi olur?

- Rəssamlıq sənətinin yaşı olmur, amma yaxşı rəssam olmaq üçün təhsil və təcrübə önəmlidir.

- Dünya şöhrətli rəssam olmaq üçün bəxt lazımdır, yoxsa yaradıcılıq?

- Elə əsərlər var ki, gözəl deyil, amma məşhurdur. Məşhurluq üçün istedad və bu istedadı dünyaya göstərmək lazımdır. Rəssam bir sərgidə iştirak etməklə tanınmır. Gərək tez-tez iştirak edəsən, bu isə mümkün olmur.

- Rəsm çəkməklə maddi təminatınızı qarşılaya bilirsiniz?

- Mən həm dövlət işində çalışıram, həm də emalatxanada yaradıcılıq ilə məşğul oluram. Rəssamlıq Akademiyasının müəllimiyəm. Ayda ən azı bir əsər çəkib satıram. Bəzən heç sifariş olmur, bəzən isə bir ayın içində bir neçə sifarişim olur. Bəzi alıcılar kolleksiyaçıdır. Bəziləri əsəri alır ki, bir müddət sonra bahalaşanda auksiona çıxarıb satsınlar. Bəziləri isə hotel, mənzil və s. yerlərin dekorunu tamamlamaq üçün rəsm əsərlərimi alırlar. Elə şəxslər də var ki, şəxsi kolleksiyaları üçün alırlar.

- Hansı janrlara daha çox üstünlük verirsiniz?

- Müxtəlif janrlarda çəkirəm. Əsas isə modernizm üslubuna üstünlük verirəm.

© Facebook / fexriabbasovvFəxri Abbasov
Fəxri Abbasov: “Müştərilərimin 60 faizi xaricilərdir” - Sputnik Azərbaycan
Fəxri Abbasov

- Müştəriləriniz azərbaycanlıdır?

- Əksinə. 60 faiz müştərilərim xarici vətəndaşlardır.

- Azərbaycanda gənc rəssamlar yenilik edə bilirlərmi?

- Ümumiyyətlə, biz rəssamlıq sahəsində Avropadan çox geridə qalırıq.  Əsas səbəb isə Azərbaycanda rəngkarlığın tarixi, aşağı-yuxarı, 1 əsrdir. Bizim indi müasir dediyimiz işlərin daha müasirini  avropalı rəssamlar XVII-XVIII əsrlərdə yaradıblar.

- Müəllimsiniz, istedadlı tələbələriniz varmı?

- Bəli, istedadlı gənclər var, amma onları düzgün yönləndirmək lazımdır. Həmin gənclərə yaxşı tədris vermək lazımdır. Tələbələr də yaxşı öyrənməlidirlər. Sonra yaradıcılıq özü gələcək. 

Xəbər lenti
0