BAKI, 27 fevral — Sputnik. Xəbər verdiyimiz kimi, fevralın 21-də Sumqayıt şəhərində "Prado" markalı avtomobillə 30 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun toqquşması nəticəsində qəza baş verib. Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstaxanasının baş həkimi Rauf Sadıqov Sputnik Azərbaycan-a açıqlamasında yaralıların son durumu ilə bağlı məlumat verib: "Hazırda onlardan 11 nəfəri xəstəxanada müalicə alır. Vəziyyətləri sabitdir".
Baş həkimin sözlərinə görə, xəstəxanada müalicə alan yaralılar sırasında azyaşlı, uşaq yoxdur.
"Onlar xəstəxananın travmatologiya şöbəsində müalicələri davam etdirilir" – deyə R.Sadıoqv əlavə edib.
Xatırladaq ki, qəzada yaralananların sayının 42 olduğu söylənilmişdi. Səhiyyə Nazirliyi isə bu rəqəmin 31 olduğunu açıqlamışdı.