DİN və DSX birgə əməliyyat keçirib, saxlanılanlar var

© Sputnik / Tabyldy Kadyrbekov / Mediabanka keçidMəhbus, arxiv şəkli
Məhbus, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir

BAKI, 27 fevral — Sputnik. Fevralın 23-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Züngüləş kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 1 nəfər şəxsin qeyri-qanuni yolla dövlət sərhədini pozması barədə məlumat daxil olub.

Здание Министерства внутренних дел Азербайджанской Республики  - Sputnik Azərbaycan
HADİSƏ
Polis Bakıda qanunsuz silah-sursatı müsadirə edib

Sərhəd pozucusunun müəyyənləşdirilməsi və saxlanılması istiqamətində təşkil edilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 12:45 radələrində dövlət sərhədini pozmağa cəhd edərkən İran İslam Respublikasının vətəndaşı 1975-ci il təvəllüdlü Tahiri Müqəddəm Rza Əbdüləli oğlu saxlanılıb.

Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən 1 ədəd bel çantası, 2 ədəd spirtli içki, 1 ədəd narkotik maddə istifadə etmək üçün qəlyan və 1 qram olan narkotik vasitə "tiryək" aşkarlanaraq götürülüb. 

Dövlət sərhədinin pozulması ilə əlaqədar Astara rayon polis şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikası (İİR) vətəndaşı ilə əlaqədə olan Astara şəhər sakini 1986-cı il təvəllüdlü Məmmədov Amil Nəhmət oğlu şübhəli şəxs qismində saxlanılıb.

İlkin araşdırma zamanı A.Məmmədov 23 fevral tarixində gecə saatlarında As­tara rayonunun Ərçivan kənd sakini 1986-cı il təvəllüdlü Hacıyeva Vüsalə Qurban qızı ilə birlikdə Astara rayonunda yerləşən "İstisu" adlanan əraziyə gəlmələri və İİR vətəndaşı ilə görüşərək ondan narkotik vasitə əldə etmələrini etiraf edib. 

Daxili İşlər Nazırliyinin əməkdaşları ilə birgə keçiriən əməliyyat-axtarış tədbirləri nəticəsində 24 fevral tarixində V.Hacıyevanın yaşadığı evə baxış zamanı həyətyanı sahədə 2550 qram "heroin", 540 qram "marixuana", 300 qram "metamfetamin", 64 ədəd tropikamid "mydrax", 100 konvalyutda "pre­qabalin-150" aşkarlanaraq götürülüb.

Ov tüfəngi, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Balakəndə qanunsuz saxlanılan silahlar tapılıb

Saxlanılmış şəxslər barəsində Azərbaycan Respublikasının Cinayət Mə­cəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, barələrində "həbs" qətimkan tədbiri seçilib.

İİR vətəndaşı Tahiri Müqəddəm Rza Əb­düləli oğlunun 2005-ci ildə döv­lət sərhədini pozduğuna və narkotik vasi­tələrin qaçaqmalçılığına görə DSX əmək­daşları tərəfindən saxlanılaraq məhkum olunması, Hacıyeva Vüsalə Qurban qızının isə qəsdən adam öldürməyə görə məhkum olunması müəyyən edilib.

Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0