Paşinyan İranla dostluqlarından danışdı

© official site of the Prime minister of RAErmənistanın baş naziri Nikol Paşinyanın İran prezidenti Həsən Ruhani ilə görüşü
Ermənistanın baş naziri Nikol Paşinyanın İran prezidenti Həsən Ruhani ilə görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkələr arasında energetika sahəsində əməkdaşlığa dair böyük potensial var

BAKI, 27 fevral — Sputnik. “Ermənistan və İran arasında çoxəsrlik dostluq müxtəlif dinlər və sivilizasiyalar arasında mədəniyyətlərarası dialoq və birgə yaşayışa yaxşı nümunədir”. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İranın "İRNA" nəşrinə müsahibəsində bildirib.

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan - Sputnik Azərbaycan
Putin və Paşinyan telefonla danışıblar

Paşinyan bu münasibətləri regionda sabitlik və sülhə yardım edən faktor olduğunu bildirib.

Onun sözlərinə görə, İranla dostluq və tərəfdaşlıq əlaqələri Ermənistan xarici siyasətinin əsasıdır: "Xüsusilə ticari-iqtisadi sahələrdə istifadə olunmayan potensialı vurğulamaq lazımdır. Əminəm ki, müxtəlif səviyyələrdə baş tutan təmas və dialoqlar bu potensialın tam həcmdə istifadəsinə yardım edəcək".

Paşinyan qeyd edib ki, hazırda Ermənistan – İran əlaqələrində yeni komponent yaranıb. Bu İran və Avrasiya İqtisadi Birliyi ilə azad ticarət zonası haqqında sazişdir: "Saziş ratifikasiya mərhələsindədir. Ümid edirəm ki, yaxın gələcəkdə hüquqi proses yekunlaşacaq və biz bunun praktik nəticələrini çox gözləməyəcəyik".

O, həmçinin qeyd edib ki, ölkələr arasında energetika sahəsində əməkdaşlığa dair böyük potensial var.

Xəbər lenti
0